İnstagrama yüklədikləri şəkillərlə milyoner olan cütlük - FOTOLAR

  • Müəllif: admin
  • 08 Aprel 2017 13:13

17842288_1820469931609916_1542269699_n

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı Cak Morris və Lauren Bullen bütün işlərini bir kənara qoyub səyahətə çıxmaqla milyoner olublar. Sosial şəbəkədə hər kəsin diqqətini çəkən cütlük əvvəllər adi işlərlə məşğul olub. Cak Morris 17 yaşında məktəbi bitirdikdən sonra işləməyə başlayıb. Səhər saat 9-dan axşam saat 5-ə qədər xalça satan Morris yığdığı pulla Banqkoka bilet alıb. Bununla da onun bütün həyatı dəyişib. Ölkəsinə qayıtdıqdan sonra öz fotoşəkillərini açdığı Instagram hesabında paylaşan Morris reklam təklifləri almağa başlayıb. Hazırda 2 milyon izləyicisi olan Cak Morris təkcə paylaşdığı fotoşəkillərə markaları etiketləmək üçün 9 min dollar alır. 2016-ci ildə sponsorla Ficiyə gedən Morris Lauren Bullen ilə burada tanış olub. Instagram sosial şəbəkəsində 1,5 milyon izləyicisi olan Bullen isə bir fotoşəkil üçün 7500 dollar pul qazanır. Hazırda evli olan cütlük səyahət etmədikləri dönəmlərdə İndoneziyanın Bali şəhərində yaşayırlar. İllik qazancları 2 milyondan artıq olan cütlük gənclərə planlaşdırılmamış səyahətə çıxmaqlarını və sosial şəbəkələrdən istifadə etməyi məsləhət görür.

17820751_1820469841609925_191119007_n 17821028_1820469868276589_1466399970_n 17841536_1820469881609921_362916008_n 17841737_1820469894943253_1265297703_n 17841797_1820469954943247_296225168_n 17841848_1820469891609920_1840579389_n 17841909_1820469968276579_525885657_n 17841951_1820469928276583_1629580122_n 17841993_1820469884943254_2091114074_n 17842141_1820469961609913_2083260503_n 17842180_1820469811609928_959413936_n 17842243_1820469898276586_911509220_n 17842387_1820469864943256_620234577_n 17857211_1820469964943246_2110716280_n 17857560_1820469938276582_766994800_n

Nigar

Gununsesi.info