“Instagram”da mesajlaşma funksiyası yığışdırılır - NÖVBƏTİ YENİLİK

  • By admin
  • 29 Mart 2018 09:20

Olmazsa olmazlarımızdan olan məhşur sosial media Instagram üçün xatırladığımız kimi bir çox yeniliklər gəlir.

Gununsesi.info technote-yə istinadən bu yenilikləri sizlərlə bölüşür.

Bu dəfəki yenilik Instagram-da mesajlaşma dövrünü bitirmək üçün böyük bir addımdır. Belə ki, tətbiqi hazırlayan şəxslər Instagram-da mesajlaşmaq üçün ayrı bir tətbiq hazırladılar: “Direct From Instagram”

Facebook Messenger kimi artıq mesajlaşmaq üçün Instagram-ın xarici tətbiqindən istifadə edə biləcəyik.

Facebook Messenger ilk çıxdığında heç sevilmədi və istifadəçilər tərəfindən mənfi fikirlər alaraq tənqid edildi. Lakin Facebook-un strategiyasına əsasən öz tətbiqlərində mesajlaşmaq funksiyası yavaş-yavaş yığışdırıldı və nəticədə hərkəs Messenger istifadə etməyə məcbur oldu.

İndi isə eyni addımı Instagram üçün atılıb. Direct From Instagram tətbiqi Snapchat-a oxşarlığı ilə diqqət çəkir. Snapchatda olduğu kimi tətbiqə daxil olduqda qarşımıza kamera ekranı çıxır. Hal-hazırda yalnızca 6 ölkə üçün açıq olan tətbiq yaxın günlərdə bütün dünya üçün istifadəyə hazır olacaq. Tətbiqi yüklədiyiniz zaman Instagram-dakı mesajlar bölməsi itəcək və sizə gələn mesajlar avtomatik olaraq Direct From Instagram tətbiqindən qəbul ediləcək. Əvvəlki rahatlıq, yəni, həm paylaşılan şəkillərə, videolara baxmaq, həm də gələn mesajları cavablamaq artıq 2 tətbiq vasitəsilə ediləcək.

Gununsesi.info