“İnstagram”dan daha bir yenilik - “ANDROİD” İSTİFADƏÇİLƏRİ ÜÇÜN OFLAYN REJİM İSTİFADƏYƏ VERİLİB

  • By admin
  • 20 Aprel 2017 07:45

instagram

“İnstagram”ın bir çox funksiyaları artıq “Android” istifadəçilərinə oflayn rejimdə əlçatandır. Bu haqda “TechCrunch” nəşri yazıb.

Gununsesi.info-nun gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, indi oflayn rejimdə “like” etmək, şərhlər yazmaq, fotoşəkilləri saxlamaq mümkündür, mobil tətbiq bütün əməliyyatları yadda saxlayacaq və smartfon internetə qoşulan kimi onları yerinə yetirəcək.

“TechCrunch” nəşri yeni funksiyanın “Android” mobil sistemində tətbiqini belə izah edir ki, sözügedən platforma inkişaf etməkdə olan ölkələrdə geniş yayılıb. “İnstagram”, həmçinin “iOS” sistemi üçün belə funksiyanın tətbiqini planlaşdırır.

Qeyd edək ki, “İnstagram” sosial şəbəkəsinin auditoriyası 600 milyondur.

Gununsesi.info