“İnter” (Bakı)–“Mladost” (Serbiya) oyununu ukraynalı hakimlər idarə edəcək

  • By admin
  • 03 İyul 2017 21:57

uefa-9

Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da keçiriləcək “İnter” (Bakı)–“Mladost” (Serbiya) oyununu ukraynalı hakimlər idarə edəcək.

Gununsesi.info AFFA-ya istinadla xəbər verir ki, görüşün baş hakimi Mykola Balakin olacaq. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi moldovalı Sergiu Lisnic, hakim-inspektoru isə polşalı Robert Malek olacaq.

Qarşılaşma iyulun 6-da saat 21.00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda “İnter” 3:0 hesabı ilə qələbə qazanıb.

Gununsesi.info