“İnter” futbolçulara fərdi məşqlərə icazə verdi

  • By admin
  • 04 May 2020 09:20

Milan “İnter”i komandanın futbolçularının fərdi məşqlərə qayıdışını elan edib.

Bu barədə Gununsesi.org xarici mətbuata istinadən xəbər verir.

“Klubun birinci komandasının oyunçuları fərdi məşğuliyyətlərə görə “Appiano-Djentile”də məşq mərkəzindən istifadə edə bilərlər. Kompleksin tibbi və texniki korpuslarından başqa mərkəzin bütün qalan yerləri idmançıların təhlükəsizliyinin təmin olunması üçün bağlı qalacaq”, – klubun bəyanatında deyilir.

Daha əvvəl “Roma” futbol klubu da hakimiyyət orqanlarından icazənin alınmasından sonra mayın 6-dan rəsmən yenidən məşq prosesinə başladığını elan edib. Qeyd edilir ki, “Latsio” da həmçinin məşqlərə başlaya bilər.

 

Gununsesi.org