“İnter” klubu adını dəyişir

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 15:06

inter

“İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Gununsesi.info-nun məlumatına görə, “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.

PFL yuxarıda göstərilənləri və “Kəpəz”in razılıq məktubunu əsas tutaraq, Premyer Liqanın X turunun “Kəpəz” – “İnter” matçının oktyabrın 28-də “İnter Arena” stadionunda keçirilməsini qərarv alıb.

Gununsesi.info