
İyulun 6-da Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da keçiriləcək “İnter” – “Mladost” (Serbiya) oyununa hakim təyinatı açıqlanıb.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.
Belə ki, oyunun baş hakimi Mykola Balakin olacaq. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniykov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Zhabchenko yerinə yetirəcək.
Qarşılaşmanın UEFA nümayəndəsi Sergiu Lisnic (Moldova), hakim-inspektoru Robert Malek (Polşa).
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda “İnter” 3:0 hesabı ilə qələbə qazanıb.
Anar
Gununsesi.info









