İnteraz TV-nin yayımı dayandırılıb

  • By admin
  • 13 Oktyabr 2016 13:50

interaz

İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb. Dünən günorta saatlarından etibarən televiziyanın yayımı dayandırılıb.

Gununsesi.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İnteraz TV-nin əməkdaşlarıda təsdiqləyiblər.
Bildirilib ki, TV-nin yayımı “Azərspace” peykində yaranmış problemlərlə əlaqədar müvəqqəti dayanıb: “Bu sırf texniki məsələdir. Televiziya bağlanmayıb. Sadəcə peykdə problemlər olduğu üçün fasilə yaranıb. Həll olunduqdan sonra izləyicilər yenə bizə baxa biləcəklər. Hazırda Rusiya peykindən yayımımız davam edir. Eyni zamanda internet vasitəsi ilə də bizi izləyə bilərlər”.

Gununsesi.info