İnternetin qiyməti bahalaşacaq - AZƏRBAYCANDA

  • By admin
  • 17 Dekabr 2016 09:30

defacto-dentists-internet

Azərbaycanda elektrik enerjisi üzrə ödəniş sisteminin dəyişməsi internet tariflərində əks olunmayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, istehlakçılara xidmət göstərilərkən internet provayderlər elektrik enerjisindən çox istifadə etmir.

Q.Qurbanov deyib: “Ona görə, elektrik enerjisi tariflərinin artması ilə internet və ya digər telekommunikasiya xidmətləri tariflərini birbaşa əlaqələndirmək düzgün olmazdı”.

Gununsesi.info