İosif Kobzon xəstəxanaya yerləşdirilib

  • By admin
  • 10 İyul 2018 11:55

Məşhur Rusiyalı müğənni İosif Kobzon xəstəxanaya yerləşdirilib.

Gununsesi.info rus saytlarına istinadən xəbər verir ki, bu barədə müğənninin mətbuat katibi açıqlama yayıb.

Onun sözlərinə görə, İ.Kobzonun səhhətində ciddi təhlükə olmasa da müalicəyə ehtiyacı var.

Müğənninin həyat yoldaşı Ninel Kobzon da “360” televiziya kanalına danışarkən qeyd edib ki, həyat yoldaşının vəziyyəti yaxşıdır.

Xatırladaq ki, həkimlər 2005-ci ildə Kobzonda xərçəng xəstəliyi aşkar etmişdilər. O, bir dəfə əməliyyat olunub və hazırda həkimlərin nəzarəti altında yaşamağa davam edir.