İrəvana uçan təyyarə Aktauda məcburi eniş etdi

  • By admin
  • 30 Avqust 2017 22:58

scat-teyyare
Qazaxıstandan Ermənistana uçan təyyarə Aktau şəhərində təcili eniş etməyə məcbur olub.

Gununsesi.info xəbər verir ki, Qazaxıstanın SCAT şirkətinə məxsus sərnişin təyyarəsi bu gün Moskva vaxtı ilə saat 11:00-da Astanadan havaya qalxdıqdan az sonra sərnişinlərdən biri özünü pis hiss edib. Buna görə də komandir məcburi eniş edib.

Aktauda sərnişinə tibbi müdaxilədən sonra təyyarə yenidən havaya qalxıb.

Qeyd edilir ki, təyyarədə 86 sərnişin olub.

Gununsesi.info