İrəvanda Njdenin abidəsi təhqir edildi

  • By admin
  • 21 Noyabr 2022 13:24

Ermənistanda faşist ideologiyasının öncüllərindən olan Qaregin Njdenin abidəsi təhqir olunub.

Gununsesi.info xəbər verir ki, faktı Ermənistanın Daxili İşlər Nazirliyi də təsdiqləyib. Bildirilib ki, faşist Njdenin abidəsi üzərində təhqiramiz fikirlər yazılıb.

Nazirlikdən bildirilib ki, Njdenin və Argentinanın milli qəhrəmanı Manuel Belqranonun abidəsini təhqir edənlər saxlanılıb. Onların 29 və 39 yaşlı şəxslər olduğu vurğulanıb.

Xatırladaq ki, Njdenin heykəli İrəvandakı “Respublika meydanı” metrostansiyasının yanında, Belqranonun büstü isə Argentina meydanındadır.

Gununsesi.info