İrəvanda ölmüş hərbçilərin anaları etiraz aksiyası keçirdi

  • By admin
  • 07 Noyabr 2019 18:57

Ölmüş hərbçilərin anaları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib.

Gununsesi.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat verir.

Məlumata görə, onlar övladlarının – sülh şəraitində ölən əsgərlərin ölümü ilə bağlı ədalətli araşdırma tələb edir.

Bundan başqa, ARF Daşnaksutyun Gənclər Birliyinin üzvləri Ermənistan Nazirlər Kabinetinin binası qarşısında etiraz edirlər.

Onların tələbi Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutyunyanın istefasıdır.

 

Gununsesi.org