İrəvanda partlayış: ÖLƏN VƏ YARALANANLAR VAR

  • Müəllif: admin
  • 03 Avqust 2017 12:06
son-deqiqe-azerbaycandaki-silah-zavodunda-dehsetli-partlayis-olen-ve-yaralananlar-var_1469535075-b
Avqustun 2-də gecə İrəvanın Davidaşen rayonu ərazisində bir evdə partlayış baş verib.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, evin həyətində mina partlaması nəticəsində 20 və 32 yaşlı iki nəfər yaralanıb. Xəsarət alan hər iki şəxs  xəstəxanaya yerləşdirilsə də, yaralılardan biri xəstəxanada ölüb. Həkimlər digərinin də səhhətini həddən artıq ağır dəyərləndirir.
Onun da həyatını itirəcəyi istisna edilmir.
Hadisə yerində iki mina tapılıb. Onlardan biri parçalanmış vəziyyətdə olub.
Gununsesi.info