Təlafərin İŞİD-dən azad edilməsinə başlanılıb

  • Müəllif: admin
  • 03 Avqust 2017 12:12

04

İraq könüllü silahlı dəstələri (“Həşdi Şabi”) türkmən qəsəbəsi Təlafərin azad edilməsi əməliyyatını başladıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Həşdi Şabi” sözçüsü Əhməd əl-Əsədi bildirib ki, hazırda “Həşdi Şabi” qüvvələri Təlafərinin cənub-şərqində yerləşən17 kəndi İŞİD terrorçularından azad edilib.

Belə ki, Şimali İraq Kürd Muxtariyyətinin Peşmerge Nazirliyinin katibi Cabbar Yavər də mətbuata açıqlama verərək Təlafərinin cənub-şərqində yerləşən17 kəndin İŞİD-ən geri alındığını bildirib:

“Telafenin İŞİD-dən geri alınması məqsədilə başladılan genişmiqyaslı hərbi əməliyyata tez bir zamanda yekunlaşacaq. Çünki İŞİD Terror Təşkilatının şəhərdə dayaq məntəqləri yoxdur. Eləcə də “Həşdi Şabi” qüvvələri 5 aydan artıqdır ki, Təlafəri şəhərini mühasirədə saxlayır”, – deyə Cabbar Yavər əlavə edib.

Qeyd edək ki, ötən həftə İraqın paytaxtı Bağdadda təşkil edilən bir tədbirdə iştirak edən İraqın Baş naziri Heydər əl-İbadi açıqlama verib: “Təlafərin azad edilməsi üçün əməliyyat planı tərtib etmişik. Bu əməliyyatda bütün təhlükəsizlik qüvvələri, “Haşdi Şabi” və “Haşdi Aşair” iştirak edəcək”.

Belə ki,”Haşdi Aşair” yerli tayfaların yaratdığı qruplaşmadır.

Anar
Gununsesi.info