İran beynəlxalq hesablamalarda dollardan imtina edib

  • By admin
  • 18 Aprel 2018 23:08


İran hökuməti ölkənin Amerika valyutasından asılılığının azaldılmasına yönəlmiş səyləri çərçivəsində beynəlxalq hesablamalarda avroya keçid barədə yekun qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə qonşu ölkənin dövlət KİV-ləri yazıb.

IRIB dövlət telekanalının məlumatına görə, qərar hökumətin iclasında qəbul olunub.

Bu addım ABŞ və müttəfiqlərinin Tehrana qarşı gördükləri tədbirlərdən sonra atılıb.

 

Gununsesi.info