İran kürdlərə qarşı təzyiqlərə başladı

  • By admin
  • 03 Sentyabr 2017 11:46

emmar434343
İraq Kürd Muxtar Vilayətində baş tutacaq müstəqillik referendumunu heç vaxt qəbul etməyəcəyik.

Gununsesi.info xəbər verir ki, bunu tərəfdarları qarşısında çıxışı zamanı İraq Şiə Milli Koalisiyasının rəhbəri Əmmar Əl Həkim söyləyib. Onun sözlərinə görə, bu referendum İraqın problemlərinin sonu olmayacaq.

Qeyd edək ki, İraq Kürd Muxtar Vilayəti müstəqilliklə bağlı referendumu sentyabrın 25-də keçirəcək.

İraq Şiə Milli Koalisiyası İran tərəfindən dəstəklənir. Bu koalisiya 2005-ci ildə 14 şiə təşkilatının ittifaqı ilə qurulub.

 

Gununsesi.info