Rusiya Şimali Koreyanı da himayəsinə götürür

  • By admin
  • 03 Sentyabr 2017 11:40

shamanov
Şimali Koreyaya ABŞ və digər ölkələr tərəfindən cavab zərbəsi qəbuledilməzdir.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov söyləyib. Onun sözlərinə görə, Şimali Koreya böhranı danışıqlar masası ətrafında həll edilməlidir.

Qeyd edək ki, Şimali Koreya böhranı getdikcə şiddələnir. Artıq ABŞ rəsmiləri bu böhranın həllində hərbi yoldan da istifadə ediləcəyini istisna etməyiblər.

 

Gununsesi.info