İran Milli Bankının Bakı filialı bu ilin I rübünü mənfəətlə başa vurdu

  • By admin
  • 10 Aprel 2021 22:31
İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 614 min manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 233,9 min manat xalis mənfəətlə çıxmışdı.

Gununsesi.info xəbər verir ki, yanvar-mart aylarında İran bankının gəlirləri 1,198 mln manat (illik müqayisədə 44,3 % çox), xərcləri 565,871 min manat (31,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 18 min manat (8,9 dəfə az) təşkil edib. Eyni dövrdə, bank mənfəət vergisi ödəməyib (1 il bundan əvvəl isə 5,757 min manat).

Bu il aprelin 1-nə İran bankının aktivləri 101,2 mln manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,8 % çoxdur. Bunun 6,1 mln manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 32,6 % böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 4,1 % artaraq 63,2 mln manata, o cümlədən depozit portfeli 44,3 % artaraq 16,6 mln manata çatıb, balans kapitalı isə 3,2 % artaraq 37,99 mln manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,6 mln manatdır.

Gununsesi.info