İran nüvə razılaşmasının bütün öhdəliklərini yerinə yetirir

  • By admin
  • 14 Oktyabr 2017 09:05

yukiya-amano-perenaznachen-glavoy-magate-yukiya-amano

“İran nüvə razılaşmasının bütün öhdəliklərini yerinə yetirir”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano bəyan edib.

“Agentliyin İdarə Şurasına bəyan etdiyim kimi, İran  Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir”, deyə Y.Amano qeyd edib.

Onun sözlərinə görə, hazırda İranın nüvə təhlükəsizliyi rejimi yoxlaması ən etibarlıdır.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Gununsesi.info