Meksikada yenidən güclü zəlzələ baş verib

  • Müəllif: admin
  • 14 Oktyabr 2017 09:10

meksika_earfquake_210917

Meksikanın cənub sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanların episentri San-Dionisio-del-Mar şəhəri yaxınlığında, ocağı isə 59,5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Ötən ay Meksikada iki güclü zəlzələ qeydə alınıb. Təbii fəlakət sentyabrın 7-də 70, 19-da isə 369 nəfərin həyatına son qoyub.

Gununsesi.info