Təbii fəlakət 36 nəfərin həyatına son qoydu

  • By admin
  • 14 Oktyabr 2017 09:15

yangin_37465656

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Son məlumatlara əsasən, yanğın azı 5 700 çox ev və inzibati binanı qismən və yaxud tamamilə məhv edib, təxminən 90 min insan evini tərk etmək məcburiyyətində qalıb. Hazırda bölgədə 17 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 9 minə yaxın yanğınsöndürən cəlb edilib. Yerli canlı qüvvəyə Kanada və Avstraliyadan gələn yanğınsöndürənlər kömək edir.

Gununsesi.info