“İran rəsmi Bakıya demək istəyib ki, ABŞ və Səudiyyə Ərəbistanından uzaq dayanın…” - POLİTOLOQ

  • By admin
  • 17 Aprel 2017 08:30

dehqan-1

“Iran qonşu ölkədir və əgər iki ölkə arasında siyasi, iqtisadi əlaqələr varsa, ortaq regional layihələr həyata keçirilirsə, hərbi sahədə də əməkdaşlıq mümkündür. Bu baxıdan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və iranlı həmkarı Hüseyn Dehqanla görüşü və apardığı müzakirələri normal qiymətləndirmək olar”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, sadəcə, Azərbaycanla İran hərbin hansı istiqamətlərində əməkdaşlıq edə bilər – bu sual onun üçün açıq qalır.

“İranın müasir hərbi sənaye kompeksi yoxdur ki, bu ölkədən silah alaq. İranın özü başqa ölkələrdən silah və sursat alır. İkincisi, Azərbaycan ordusu inkişaf modeli kimi NATO standartlarını götürüb, sürət zəif də olsa bu istiqamətdə addımlar atılır.

Zakir Həsənovla görüşdə Hüseyn Dehqan deyib ki, Azərbaycan və İran xalqlarını bir-birinə bağlayan etnik, tarixi, mədəni və dini bağlar var və bu, dünyada misilsizdir. Qəbul etdik, ancaq İranın müdafiə nazirinin sonrakı cümləsinə diqqət yetirək:

“Ümid edirəm ki, Azərbaycan və Ermənistan başqalarının Dağlıq Qarabağ münaqişəsinə başqalarının müdaxilə etməsinə və böhranı dərinləşdirməsinə icazə verməyəcək”.

Qarabağ münaqişəsinə münasibətdə indiyənə qədər çox fikir eşitmişdim, beləsi ilə ilk dəfədir rastlaşıram. Azərbaycan torpaqlarını öz gücüylə azad etmək istəyir, hansısa ölkə bizim əvəzimizə savaşan deyil. Ancaq Ermənistan Rusiyanın hərtərəfli dəstəyinə arxayındır. Tehranın sözü varsa, iradını Ermənistana bildirsin.

Ancaq İranın müdafiə nazirinin mesajı Azərbaycanadır və bunun belə olduğunu “ABŞ və Səudiyyə Ərəbistanının siyasətini mənfi qiymətləndirirəm” cümləsindən də anlamaq olar. Yəni, demək istəyib ki, Amerika və Səudiyyə Ərəbistanından uzaq dayanın!”-deyə, politoloq sonra sözlərinə əlavə edib.

Gununsesi.info