İran səfirinin qızı Moskvada vəfat etdi

  • By admin
  • 22 Oktyabr 2019 15:04

İranın Moskvadakı səfiri Mehdi Sənainin qızı Arefə insult nəticəsində dünyasını dəyişib.

Gununsesi.org xəbər verir ki, bu barədə “TASS” agentliyinə diplomatik missiyadan məlumat verilib.

“Çox təəssüf ki, bu, belədir.O, insultdan vəfat etdi. Yatıb və oyanmayıb”, -deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, bəzi Rusiya KİV-də səfirin 28 yaşlı qızının intihar etdiyinə dair məlumat yayılıb.

 

Gununsesi.org