İran sanksiyalar qaldıqca nüvə danışıqlarına getməyəcək - RUHANİ

  • By admin
  • 26 Sentyabr 2019 08:30

 

İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasındakı çıxışda deyib ki, İran sanksiyalar ləğv edilməyincə nüvə proqramına dair heç bir danışıqlara getməyəcək.

O eyni zamanda Birləşmiş Ştatları “amansız iqtisadi terrorda” ittiham edib.

Sentyabrın 25-də BMT-nin Nyu Yorkdakı baş qərargahında etdiyi nitqdə Ruhani bildirib ki, İran rəsmiləri “İran üzərinə tarixdə ən ağır sanksiyaları qoyduğunu iddia edən adamlarla” danışıqlar apara bilməz.

İran prezidenti Birləşmiş Ştatların İranı “beynəlxalq iqtisadiyyatda iştirakdan məhrum etmək üçün çox cəhdlər göstərdiyini bildirib. Ruhani bunun “beynəlxalq quldurluq” olduğunu deyib.

Tehran və Vaşinqton arasında münasibətlər Birləşmiş Ştatlar ötən il 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra gərginləşib.

Bu saziş 2015-ci ildə imzalandıqda ABŞ da daxil olmaqla, dünya gücləri İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılacağını vəd etmişdilər.

Lakin Vaşinqton bu sazişi tərk etdikdən sonra ABŞ İran üzərinə onun neft ixracatını hədəfləyən və iqtisadiyyatını boğan ağır sanksiyaları bərpa edib.

ABŞ prezidenti 2015-ci il nüvə sazişinin İrana qarşı kifayət qədər sərt olmadığını iddia edir və bu sənədin yenidən müzakirə olunmasını istəyir. Tramp hesab edir ki, bu sazişdə İranın raket proqramına dair müddəalar da olmalı idi.

İran bildirir ki, raket proqramından yalnız dinc məqsədlər üçün istifadə etmək istəyir.

Donald Tramp öz niqtində İranı sərt tənqid etmiş və sanksiyaların gücləndiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
Donald Tramp öz niqtində İranı sərt tənqid etmiş və sanksiyaların gücləndiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

Tehran və Vaşinqton arasında münasibətlər sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft qurğularına raket və dron hücumlarından sonra daha da tarıma çəkilib.

ABŞ, Qərb hökumətləri və Səudiyyə bu hücuma görə İranı ittiham edirlər.

Sentyabrın 24-də Baş Assambleyaya müraciət edən Tramp bütün ölkələri “repressiv İran rejiminə qarşı təbdirlər görməyə” çağırıb.

O deyib ki, İran davranışını dəyişməyənədək onun üzərindəki sanksiyalar saxlanacaq və hətta daha da sərtləşdiriləcək.

Biz hamı ilə sülh, əməkdaşlıq və qarşılıqlı fayda olmasını arzulayırıq. Amma mən heç vaxt Amerikanın maraqlarını müdafiə etməyi dayandırmayacam.

ABŞ prezidenti İran liderlərini “Suriya və Yəməndə faciəli müharibələri qızışdırmaqda” günahlandırıb və İranı Səudiyyə Ərəbistanının neft obyektlərinə bu yaxınlarda keçirilmiş hücumda ittiham edib.

“Birləşmiş Ştatlar heç bir ölkə ilə münaqişə istəmir. Biz hamı ilə sülh, əməkdaşlıq və qarşılıqlı fayda olmasını arzulayırıq. Amma mən heç vaxt Amerikanın maraqlarını müdafiə etməyi dayandırmayacam,” ABŞ prezidenti çıxışında bildirib.

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel də daxil edilməklə, dünya liderləri Tramp-Ruhani görüşünün keçirilməsinə çağırıb. Onlar bununla iki ölkə arasındakı gərginliklərin nisbətən azala biləcəyinə ümid bəsləyir. Lakin bu səylər indiyədək nəticə verməyib.

Gununsesi.org