İran vətəndaşı Cəlilabadda yol qəzasına düşüb – FOTO

  • By admin
  • 03 Sentyabr 2017 13:53

04e840be-9cb1-4bd7-8011-4153e4882f4f_640
Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
İran vətəndaşının idarə etdiyi “Renault” markalı avtomobil yol kənarındakı betona çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info