İran yenə ballistik raket sınağı keçirib

  • By admin
  • 22 Sentyabr 2017 12:55

04
İran hərbçiləri daha bir uzaqmənzilli ballistik raketi sınaqdan keçirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Əmirəli Hacızadə təşkil olunan ənənəvi hərbi tədbirdə deyib.

Belə ki, yeni raket uzaq məsafəli hədəflərin vurulması üçün nəzərdə tutulur. “Yer-hava” sinfinə daxil olan raket 2 kilometr uçduqdan sonra yerə düşüb.

Bu raket müxtəli döyüş başlıqları ilə təhcia oluna bilər.

Xatırladaq ki, 2015-ci ilin iyulunda BMT ilə bağlanmış razılaşmaya əsasən İran ballistik raket sınağı keçirə bilməz.

Anar

Gununsesi.info