İranda baş redaktor güllələndi

İranın Xuzistan əyalətinin İzə şəhərində “Toseeye Cənub” qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə İranın “Həmşəhri” qəzeti məlumat yayıb.

Hadisə mayın 12-i gecə saatlarında baş verib.

Bildirilir ki, İzə şəhərinin kafelərindən birində olan baş redaktor silahlı şəxsin hücumuna məruz qalıb. Əkbər Limonçu və onunla birlikdə olan bir neçə yaxını güllələnib.

Xəstəxanaya çatdırlan Ə.Limonçunun orada keçindiyi, yaxınlarının isə xəstəxanada müalicə aldığı qeyd olunur.

Silahlı hücumun təfərrüatı açıqlanmayıb.

Hadisə araşdırılır.

 

Gununsesi.info