İranda daha 6 məhbus edam edildi - FOTO

  • By admin
  • 15 Fevral 2023 14:52

Fevralın 14-də İranın Urmiya, Qəzvin və Kərəc şəhərlərində 6 məhbus edam edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı İran İnsan Haqları Təşkilatına istinadla məlumat paylaşıb.

Bildirilib ki, Qəzvin şəhərində Əhməd Süməri, Behzad Əlirzayi, Kərəc şəhərində isə Əli Purheydəri və Mehdi Dustdari adlı məhbuslar dar ağacından asılıb.

Rəsmi qurumlar edamla bağlı açıqlama yaymayıb.

Gununsesi.info