
İranın şimal-qərbində daşqınlar nəticəsində azı 17 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin böhran halları üzrə qurumunun rəhbəri Xəlil Saeyi IRIB telekanalına məlumat verib. O bildirib ki, hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Gununsesi.info