İranda koronavirus can almağa davam edir: Ölənlərin sayı 291-ə yüksəldi

  • Müəllif: admin
  • 10 Mart 2020 17:16

İranda yeni tip koronavirus (COVİD-19) səbəbiylə daha 54 nəfər öldükdən sonra həyatını itirənlərin sayı 291-ə çatıb.

“Gununsesi.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur açıqlama verib.

 Ümumilikdə koronavirusa yoluxanların sayı isə 881 nəfər artaraq 8,042-ə çatıb. 2 min 731 nəfər isə müalicəsi başa çatdıqdan sonra xəstəxanadan evlərinə buraxılıb.

Qeyd edək ki, İran yoluxma və ölüm hallarının sayına görə koronavirusdan ən çox əziyyət çəkən ölkələr siyahısında 4-cü yerdədir.

Gununsesi.org