İranda koronavirusa yoluxanların sayı 110 000-ə yüksədi

  • By admin
  • 11 May 2020 14:20

İranda daha 45 nəfər koronavirusun qurbanı olub.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 685 nəfər olduğunu deyib.

O bildirib ki, daha 1 683 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 109 286 nəfərə çatıb.

K.Cahanpur 87 422 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.

O həmçinin 2 703 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 284 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Gununsesi.org