İranda partlayış - Xeyli sayda yaralı var

  • By admin
  • 26 Dekabr 2022 19:31

İranın Azərşəhr bölgəsindəki boya fabrikində partlayış baş verib.

Gununsesi.info İran mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 65 nəfər yaralanıb.

Yaralılardan 10 nəfərinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.

Xəsarət alanların sayının artacağı istisna edilmir.

Gununsesi.info