İranda qatar qəzası: 8 ölü, 50 yaralı – FOTO - VİDEO

  • By admin
  • 25 Noyabr 2016 14:50

irannnnnnn-111

İranın şimalında iki qatarın toqquşması nəticəsində yanğın baş verib.

Gununsesi.info-nun “Milliyet” qəzetinə istinadən xəbər verir ki, qəza ölkənin şimalında, paytaxt Tehrandan təxminən 400 kilometr məsafədə yerləşən Siman əyalətinidə baş verib. Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.

İlkin məlumata əsasən, qəza nəticəsində 8 nəfər ölüb, 50-dən artıq şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Qəzaya nəyin səbəb olduğu hələ bəlli deyil. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

 

https://www.youtube.com/watch?v=SjFspxaKczI

Anar

Gununsesi.info