İranda Urmiya gölünün xilas olunması üçün 36 km-lik tunel tikilir

  • By admin
  • 06 İyun 2017 16:15

unnamed

İran İslam İnqilabı Mühafizəçiləri Korpusu (SEPAH)  Qərbi Azərbaycan əyalətindəki Urmiya gölünün  məhv olması və qurumasının qarşısını almaq üçün tədirblər planı həyata keçirir.

Gununsesi.infoIran Front Page”-yə istinadən  xəbər  verir ki,  bu barədə SEPAH-ın briqada generalı Abdulla Abdullahi  məlumat verib.

Onun sözlərinə görə, Urmiya gölünün xilas olması istiqamətində  ciddi tədbirlə planı hazırlanıb və hazırda bu planlar həyata keçirilməkdədir: “Hal-hazırda  Urmiyə gölünə  ətraf çaylardan su axıtmaq üçün 36 km uzunluğunda tunel çəkilir. Çəkilən tuneldən ötürüləcək su ilə Urmiya gölünü xilas etmək mümkün olacaq. Əgər hər hansı maliyyə çətinliyi olmazsa həyata keçirilən layihə 30 ay müddətinə başa çatacaq”.

SEPAH generalı onu da əlavə edib ki, bu gün İran ciddi su qıtlığı  problemi ilə üzləşib: “Ölkədə su ehtiyatı bazası yaratmaq  üçün  Urmiyə gölünün bərpası vacibdir”.

İranlı general onu da bildirib ki,  su tunel vasitəsi ilə  Qlass çayından çəkilərək Urmiya gölünə  ötürüləcək.

Gununsesi.info