İrandan PKK açıqlaması: “Terrorçuların yerləşdiyi nöqtələri məhv edə bilərik” - PKK-ya ULTİMATUM

  • By admin
  • 27 İyun 2016 17:45

Flag_of_Iran.svg

 

                    İran da PKK-ya qarşı hədə

İran da PKK-ya qarşı hərbi əməliyyatlara başlayacağını elan etdi. Gununsesi.info “sepahnews”-a istinadən xəbər verir ki, elə bir bəyanatla İran Quru Qoşunları komandanlığı general Mühəmməd Pakpur son günlərdə İraqın İranla sərhəddində yaranmış gərginliklə bağlı mövqeyini açıqlayarkən çıxış edib. İranlı general deyib ki, İran-İraq sərhəddində hüquq-mühafizə orqanlarına qarşı hücumları davam edərsə, İraqın şimal bölgəsində hərbi əməliyyatlar keçirə bilər. Pakpur deyib ki, əgər terrorçuların məskunlaşdığı İraqın şımal bölgəsində lazımı tədbirlər görülməzsə, o zaman öz təhlükəsizliyimizi müdafiə etmək üçün lazımı addmları atıb, terrorçuların yerləşdiyi nöqtələri məhv edə bilərik.

Qeyd edək ki, bu günlərdə İran ordusunun İraq kürdlərinin məskunlaşdığı Ərbilə məxsus Soran rayonu ərazisindən İran ərazilərini bombalayıb. Nəticədə, 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. 15 iyunda isə Kürd Peşmərgiləri ilə İran hərbçiləri arasında baş verən qarşıdurma nəticəsində 20 iranlı əsgər və 6 Peşmərgə ölüb.

 

pakpur