Lövdən yeni iyrənc hərəkət - VİDEO

  • By admin
  • 27 İyun 2016 17:39

Yoahim Lov

      Almanın bu hərəkəti də kameralardan yayınmayıb.

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. Gununsesi.info xəbər verir ki, alman mütəxəssis Slovakiyanı 3:0 hesabı ilə yendikləri 1/8 final matçında kameraların hədəfinə çevirilib.

Löv Ukrayna ilə qrup matçı zamanı əlini şalvarına saldıqdan sonra burnuna apararaq iyləyən zaman kameranın yaddaşına düşmüşdü. O, bu dəfə əlini qolunun altına saldıqdan sonra burnuna aparaq iyləyib. Lövün bu hərəkəti də kameralardan yayınmayıb.

 

Bu arada “Avro-2016″da 1/4 finala yüksələn Almaniya millisi ilkə imza atıb. Bundestim buna Slovakiya ilə 1/8 final görüşündə nail olub.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn almanlar turnirin dördüncü matçında da qapısından top buraxmayıb. Bununla da, Almaniya yığması Avropa çempionatlarının final mərhələlərinin ilk 4 oyununda qapısını toxunulmaz saxlayan ilk komanda olub.

Maraqlıdır ki, almanlar “Avro-2016″da 352 dəqiqə qapısında top görməyən polşalıları geridə qoyub. Polşa 1/8 finalda İsveçrə ilə görüşə qədər qapısının toxunulmazlığını qorusa da, 82-ci dəqiqədə Xerdan Şakirinin mükəmməl qoluna əngəl ola bilməyib. Qrup mərhələsini quru hesabla keçən almanlar 1/8 finalda da qapısında top görməyib.

Anspress

 

https://www.youtube.com/watch?v=SYRsgiYWpMg