“İranın Azərbaycan və Ermənistanla münasibətlərinin olması xarici siyasətimiz üçün üstünlük sayılır” - SƏFİR

  • By admin
  • 28 İyul 2016 17:09

pakkkk

 

“Azərbaycanlılar İrandan münaqişənin həlli üçün öz regional və beynəlxalq potensialından yararlanmasını gözləyir. Biz də Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyimizi bildirmişik”.

Gununsesi.info xəbər verir ki, bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İRNA-ya müsahibəsində deyib. Onun sözlərinə görə, İranın Azərbaycan və Ermənistanla münasibətlərinin olması  onların xarici siyasəti üçün bir üstünlük və potensial sayılır: “Çünki biz hər iki ölkə ilə, o cümlədən, Qarabağ münaqişəsinin həlli barədə söhbət edə bilərik. Biz Qarabağ münaqişəsinin beynəlxalq normalar, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında və danışıqlar yolu ilə həll edilməli olduğuna inanırıq. Fikrimizcə, bu münaqişənin həlli üçün rəsmi olaraq vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu öz fəaliyyətini gücləndirməlidir. İrandan da yardım istənilsə, öz köməyimizi əsirgəməyəcəyik”.

Səfir onu da əlavə edib ki, qonşuları müdafiə etmək İran İslam Respublikasının prinsipial siyasətidir və ərazi bütövlüyünün qorunması, qarşılıqlı əməkdaşlıq onlar üçün əhəmiyyətli məsələlərdir: “Azərbaycanlılar İrandan münaqişənin həlli üçün öz regional və beynəlxalq potensialından yararlanmasını gözləyir. Biz də Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyimizi bildirmişik”.

Gununsesi.info