İranın müdafiə naziri Hatəmi: “Növbəti cavab…”

  • By admin
  • 08 Yanvar 2020 16:40

İranın Müdafiə naziri Əmir Hatəmi İraqdakı ABŞ bazasına raket zərbələrinin endirilməsindən sonra Tehranın bu istiqamətdə digər tədbirlər görüb-görməyəcəyi barədə jurnalistlərin suallarını cavablandırıb.

Bu barədə “Moskovskiy Komsomolets” nəşri məlumat yayıb.

“Növbəti cavab ABŞ-ın davranışına proporsional olacaq”, – nazir bildirib.

İranlı nazir, həmçinin, sözügedən raket zərbəsi ilə ABŞ-a böyük dərs verdiklərini qeyd edib.

Gununsesi.org