İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini qırıblar

  • By admin
  • 23 Mart 2018 21:21

İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini qırıblar.

Gununsesi.info xəbər verir ki, bunu Nyu-York ştatının Cənub dairəsinin prokuroru Ceffri Berman deyib.

“Əmək Nazirliyi, BMT və Energetikanın tənzimlənməsi üzrə federal komissiya onların qurbanı olub”, – deyə RİA “Novosti” Bermanın sözlərini sitat gətirib.

Həmçinin bildirilir ki, hakerlər hökumətin məxfi məlumatlarını, ticarət və hərbi texnologiyalar sahəsində qapalı informasiyaları oğurlayıblar.

 

Gununsesi.info