İranlılara Həcc qadağası -QALMAQAL

  • By admin
  • 30 May 2016 12:21

iran

“Səudiyyə Ərəbistanı hökumətinin yaratdığı əngəllər səbəbindən bu il İrandan Məkkəyə getməli olan zəvvarlar ölkə ərazisinə buraxılmayacaq”. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə İranın mədəniyyət naziri Əli Cənnəti açıqlama verib.
Rəsmi Tehran Səudiyyə hakimiyyətinin məsələ ilə bağlı rəsmi açıqlama verəcəyini gözləsə də, onların nümayiş etdirdiyi davranış İran vətəndaşlarının bu il həcc ziyarəti edə bilməyəcəyini söyləməyə əsas verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və bir neçə ərəb ölkəsi İranla diplomatik əlaqələri bu ilin yanvar ayında Səudiyyə hökumətinin şiə lideri Nimr-əl-Nimri edam etməsindən sonra tamamilə dayandırıb.