İraqda dəhşətli terror - 15 ÖLÜ, 23 YARALI

  • By admin
  • 18 Sentyabr 2017 07:00

fomin-terror

İraqda törədilmiş terror aktında 15 nəfər öldürülüb, daha 23 nəfər xəsarət alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərbi mənbə məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisə ölkənin ikinci böyük şəhəri Mosul yaxınlığında, Məcarin kəndində baş verib. Terrorçuların “Haşdi Əşair” qruplaşmasının təlim mərkəzinə qoyduqları partlayıcı qurğu işə düşüb. Ölənlərin 12-nin qruplaşmanın döyüşçüləri, digərlərinin isə mülki şəxslər olduğu bildirilir.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Gununsesi.info