Azərbaycan cüdoçuları Avropa çempionatının qalibi olub

  • By admin
  • 17 Sentyabr 2017 21:24

213
Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan milli komandası mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər.
Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub.
Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Gununsesi.info