
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın İraq ərazisində İŞİD mövqelərinə endirdiyi mövqelər nəticəsində terrorçu İŞİD-in komandiri Rasim Kasim öldürülüb.
Gununsesi.info “reuters”-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon təmsilçisi, dəniz piyada qoşunları mayoru Eydrien Renkina-Qellouey məlumat verib.
Pentaqon təmsilçisi deyib ki, İŞİD terrorçu təşkiltının komandiri fevralın 10-da Mosul ərazisində məhv edilib.
Bununla belə, Pentaqon təmsilçisi hadisənin detalları barədə məlumat verməyib. Sadəcə, onu deyib ki, hazırda endirilən aviazərbənin nəticələrini araşdırmaqla məşğuluq. Əməliyyat barədə daah ətraflı məlumat daha sonra veriləcək.
Qeyd edək ki, Rasim Kasim Fransa vətəndaşıdır və 2016-ci ilin oktyabrın 15-də Parisdə onunla əlaqədə şübhəli bilinən iki gənc yaxalanıb.
R. Kasim eyni zamanda, Fransada bir sıra terror aktlarının həyata keçirilməsinə cəhddə şübhəli bilinir.
Gununsesi.info











