İraqda koronavirusa gündəlik yoluxma sayında rekord qeydə alınıb

  • By admin
  • 04 Sentyabr 2020 19:42

İraqda yeni növ koronavirusa gündəlik yoluxma hallarının sayı ilk dəfə 5 mini ötüb.

Gununsesi.info INA agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin məlumatlarından görmək olar.

Belə ki, son gündə 5 036 yeni COVID-19 hadisəsi qeydə alınıb, 3 611 nəfər sağalıb, 84 xəstə ölüb.

Beləliklə, İraqda koronavirusa yoluxanların sayı 252 mini keçib, bunlardan 191 mindən çoxu sağalıb. Nazirlikdən bildirilib ki, ümumilikdə 7 359 nəfər koronavirusla əlaqəli xəstəliklərdən ölüb.

Hazırda reanimasiya şöbələrində 495 xəstə var.

 

Gununsesi.info