Tixanovskaya BMT-ni Belarusda baş verənləri qınamağa çağırıb

  • By admin
  • 04 Sentyabr 2020 19:53

Belarusun müxalifət lideri Svetlana Tixanovskaya BMT-ni Belarusda baş verənləri qınamağa çağırıb.

Gununsesi.info-nun “Reuters”ə istinadən verdiyi xəbərə görə, Svetlana Tixanovskaya bu barədə BMT Təhlükəsizlik Şurasının virtual formatda keçirilən qeyri-formal sessiyasında çıxışı zamanı bildirib.

Svetlana Tixanovskaya BMT-ni Belarusa beynəlxalq monitorinq missiyası göndərməyə çağırıb. Müxalifət lideri əlavə edib ki, BMT İnsan Haqları Komissiyası onun ölkəsində insan haqlarının vəziyyəti ilə əlaqədar xüsusi bir iclas keçirməlidir.

 

Gununsesi.info