İraqda partlayışda 7 nəfər ölüb,14-ü isə yaralanıb

  • By admin
  • 06 Sentyabr 2016 09:30

iraq

İraqın Əl-Karrad bölgəsində yerləşən Abdulməcid xəstəxanasının yaxınlığında içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində 7 nəfər ölüb,14 nəfər isə yaralanıb.

İraq Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Həsən Nevfel “AA” kanalına açıqlama verərək bildirib ki, avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı 15 avtomobil və binalar zərər görüb.

Qeyd edək ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Hər hansı terror qruplaşmasının partlayışlarla bağlı məsuliyyəti üzərinə götürüb-götürmədiyinə dair hələlik məlumat verilmir.

Anar

Gununsesi.info