İraqda terror aktı törədildi: 12 ölü, 32 yaralı

  • By admin
  • 28 İyun 2016 10:18

Irag

 

İraqın paytaxtı Bağdad yaxınlığında güclü partlayış baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə Bağdaddan 25 km aralıda yerləşən məscidin qarşısında baş verib.

 

Terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 12 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

 

Partlayışa görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib. (Reruters, APA)