İraqın XİN başçısı Azərbaycana gələcək

  • Müəllif: admin
  • 18 Oktyabr 2019 19:29

İraqın xarici işlər naziri Məhəmməd Əli Əl-Hakim Azərbaycana səfər edəcək.

Gununsesi.org xəbər verir ki, XİN başçısı ölkəsini oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində təmsil edəcək.

Bundan əlavə, M.Əl-Hakim oktyabrın 23-24-də təşkilatın Nazirlər Şurasının iclasında da iştirak edəcək.

 

Gununsesi.org