Məhkəmə istintaqın təqdimatını təmin etmədi.
Gununsesi.info xəbər verir ki, Yasamal rayon Məhkəməsində iş adamı Vüsal Abazərlinin həbs-qətimkan müddətinin uzadılması ilə bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin vəsatəti və prokurorluğunun təqdimatına baxılıb.
Vəkil Elvin Səlimov bildirib ki, Məhkəmə vəsatət və təqdimatı təmin etməyib. Dələduzluqda təqsirləndirilən iş adamı Vüsal Abazərli saxlandığı Bakı İstintaq İdarəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Vüsal Abazərli ticarətlə məşğul olan iş adamıdır. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Verilən ittihamda onun şəhər sakininə qarşı 319 min manat və 43 min dollar dələduzluq etdiyi bildirilib.
Gununsesi.info